Orta məktəb müəllimi şagirdinə təcavüz etməkdə və təcavüzü əks etdirən görüntüləri paylaşmaqda ittiham olunub.
Sonxeber.az xəbər verir ki, hadisə
Türkiyənin İzmit şəhərində baş verib. Müəllimlikdən uzaqlaşdırılan A.B. aşağı instansiya məhkəməsi tərəfindən 28 il həbs cəzasına məhkum edilib.
Məhkəmə qərarından Apellyasiya Məhkəməsinə şikayət edilib. Video əlaqə vasitəsilə həbsxanadan məhkəmə iclasına qatılan müəllim günahını qismən etiraf edib.
"Hadisələrin bu nöqtəyə gəlməsini istəmədim, mən kimsəyə foto göstərmədim, sərbəst buraxılmağını tələb edirəm", - deyə qeyd edib.
Məhkumun azad edilməsini tələbini rədd edən məhkəmə onu cəzasını 22 ilə endirib.
Oxu24.com
ŞƏRHLƏR