Qaynar xətt:

(+99450) 247 90 86

Toya gedən ailə qəzaya düşdü - Qadın öldü, uşaqlar yaralıdır 

Toya gedən ailə qəzaya düşdü - Qadın öldü, uşaqlar yaralıdır 

KRİMİNAL

101

19.04.2026, 17:34

Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Oxu24.com "Report"a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin Aytel Əbdürrahmanova aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Avtomobildə olan iki azyaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Cəlilabad Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ölən və yaralananların ailə üzvü olduqları və toya getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.