Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda məktəbdə hadisə: Qazi məktəbliləri BIÇAQLADI

Azərbaycanda məktəbdə hadisə: Qazi məktəbliləri BIÇAQLADI

KRİMİNAL

631

06.04.2026, 11:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağsuda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisində yerləşən orta məktəblərin birində qeydə alınıb.

Rayon sakini 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi R.S. arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı D.Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn qardaşı -16 yaşlı A.S-ya isə əli ilə vuraraq xəsarət yetirib. Xəsarət alan qardaşlara tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

D.Bağırovun Vətən müharibəsi qazisi olduğu bildirilir.