İcra başçısı tanınmış müğənnini həbs etdirib?
15 Mart 2026, 15:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
216
15.03.2026, 20:47
Dostunun ona borc verdiyi 20 manatı istədiyi üçün bıçaqlayan Xəyal Hüseynovun cinayət işinin bəzi detalları məlum olub.
Oxu24.com "Unikal"-a istinadən xəbər verir ki, istintaqla müəyyən edilib ki, 2025-ci ilin yanvarında Xəyal Hüseynovun tanışı Elnur Məmmədov onun yaşadığı ünvana gəlib borc verdiyi 20 manat pulunu söz verdiyi vaxtda geri qaytarmadığına görə iradını bildirib.
Belə olan halda, tərəflər arasında sözlü mübahisə yaranır. Elnurun onun ünvanına nalayiq sözlər deməsini bəhanə edən Xəyal köşkdə olan məişət təyinatlı bıçağı götürüb Elnurun üzərinə hücum çəkir və onu öldürmək qərarına gəlir.
Xəyal Hüseynov əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə Elnur Məmmədovu qəsdən öldürmək məqsədilə əlində tutduğu bıçaqla bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq çoxsaylı zərbələr yetirməklə yerə yıxıb.
Həmçinin oxuyun
Sonra onun üzünə sıyrıq atıb, döş qəfəsinə, qoltuqaltı və boyun nahiyələrinə ümumilikdə 6 bıçaq zərbəsi vurub.
Həmin vaxt orada olan Səbuhi Əliyev davaya müdaxilə edərək Xəyalın hərəkətlərinin qarşısını alıb və bu anda Elnur Məmmədov Xəyalın bıçaq zərbələrindən yayınaraq dərhal hadisə yerindən qaçıb.
Bununla da Xəyal Hüseynova qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221.3-cü (Xuliqanlıq, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə araşdırılır.
23:10 / 15 Mart 2026
11
22:51 / 15 Mart 2026
48
22:40 / 15 Mart 2026
51
22:14 / 15 Mart 2026
95
21:55 / 15 Mart 2026
92
21:41 / 15 Mart 2026
59
21:20 / 15 Mart 2026
74
21:00 / 15 Mart 2026
64
20:20 / 15 Mart 2026
167
20:10 / 15 Mart 2026
172
19:48 / 15 Mart 2026
123
19:33 / 15 Mart 2026
260
19:22 / 15 Mart 2026
218
19:12 / 15 Mart 2026
187
19:00 / 15 Mart 2026
260
18:50 / 15 Mart 2026
232
18:45 / 15 Mart 2026
1632
18:43 / 15 Mart 2026
225
18:35 / 15 Mart 2026
149
18:24 / 15 Mart 2026
103
18:16 / 15 Mart 2026
235
18:09 / 15 Mart 2026
282
17:52 / 15 Mart 2026
390
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.