DİN açıqlama YAYDI
07 Mart 2026, 13:49
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
109
07.03.2026, 17:58
Şəmkirdə 25 yaşlı oğlan 15 yaşlı qızla evlənib.
Oxu24.com xəbər verir ki, bu evlilik qızın yaşına görə qeyri-rəsmi olub.
İttiham aktına görə, hadisə 2024-cü ildə qeydə alınıb. 1999-cu il təvəllüdlü Soltan (şərti adla) və 2009-cu il təvəllüdlü Fatimə (şərti adla) arasında sevgi münasibətləri yaranıb. Sonradan qız oğlana qoşularaq qaçıb. Cütlük əvvəlcə oğlanın yaşadığı Şəmkirin Sarıtəpə kəndində, sonra isə qızın yaşadığı Keçili kəndində qalıblar. Ər-arvad kimi bir yerdə yaşadıqları üçün dəfələrlə cinsi münasibətdə olublar. Nəticədə 16 yaşlı qız hamilə qalıb. Xəstəxanaya yoxlanışa gedərkən həkimlər hamilənin yetkinlik yaşına çatmadığını görərək polisə məlumat veriblər. Bundan sonra Soltan şöbəyə ifadə verməyə gedib və barəsində cinayət işi açılıb. 2025-ci ildə qanunsuz cütlüyün qız övladları dünyaya gəlib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Fatimə görüşlərin birində deyib ki, ya elçi gəl, ya da məni qaçırt. Buna görə də birgə razılıq ilə onlar qoşularaq qaçıblar. Soltan Fatimənin 18 yaşına çatandan sonra onunla rəsmi nikaha girəcəyini deyib. Zərərçəkən şəxs də ifadəsində məhkəmədən təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edib.
Həmçinin oxuyun
Məhkəmənin qərarı ilə Soltan 1 il 6 ay sınaq müddəti olmaqla iki il şərti olaraq azadlıqdan məhrum edilib.(lent.az)
21:00 / 07 Mart 2026
1
20:42 / 07 Mart 2026
43
20:20 / 07 Mart 2026
42
20:13 / 07 Mart 2026
52
20:05 / 07 Mart 2026
60
19:47 / 07 Mart 2026
50
19:35 / 07 Mart 2026
64
19:17 / 07 Mart 2026
85
18:58 / 07 Mart 2026
103
18:47 / 07 Mart 2026
75
18:38 / 07 Mart 2026
100
18:27 / 07 Mart 2026
83
18:11 / 07 Mart 2026
103
17:45 / 07 Mart 2026
117
15:53 / 07 Mart 2026
2608
15:33 / 07 Mart 2026
561
15:20 / 07 Mart 2026
2127
13:53 / 07 Mart 2026
1190
13:49 / 07 Mart 2026
132
13:05 / 07 Mart 2026
2520
13:01 / 07 Mart 2026
1052
12:40 / 07 Mart 2026
712
11:34 / 07 Mart 2026
220
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.