DİN bir neçə əməliyyat keçirib: Tutulanlar var
28 Fevral 2026, 15:28
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
70
28.02.2026, 18:53
Qaradağ rayonunda 66 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qaradağ Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 43 yaşlı Əkbər Əliyev saxlanılıb. Ondan 21 kiloqram 302 qram marixuana, 496 qram tiryək və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə paytaxt sakini 39 yaşlı Elxan Bəndəliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün tutulub. Ondan isə 23 kiloqram 975 qram marixuana aşkarlanaraq götürülüb.
İdarə əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı da narkotiklərin paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 32 yaşlı Yunis Məmmədov, yaşıdı Nazir Tağıyev və 34 yaşlı Urfan Məmmədli Lökbatan qəsəbəsində saxlanılıblar. Bu şəxslərdən isə Bakı şəhərinə müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə gətirdikləri 20 kiloqram 250 qram
marixuana tapılıb.
Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı ümumilikdı 66 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Həmçinin oxuyun
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ilin əvvəlindən Qaradağ RPİ-nin əməkdaşları tərəfindən 80 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
22:52 / 28 Fevral 2026
119
22:45 / 28 Fevral 2026
4
22:18 / 28 Fevral 2026
30
21:57 / 28 Fevral 2026
37
21:28 / 28 Fevral 2026
131
21:15 / 28 Fevral 2026
45
20:59 / 28 Fevral 2026
52
20:46 / 28 Fevral 2026
54
20:13 / 28 Fevral 2026
74
19:53 / 28 Fevral 2026
78
19:39 / 28 Fevral 2026
70
19:27 / 28 Fevral 2026
119
19:13 / 28 Fevral 2026
74
18:43 / 28 Fevral 2026
77
18:31 / 28 Fevral 2026
115
18:08 / 28 Fevral 2026
117
17:45 / 28 Fevral 2026
98
17:32 / 28 Fevral 2026
77
16:23 / 28 Fevral 2026
905
16:19 / 28 Fevral 2026
100
15:37 / 28 Fevral 2026
2975
15:33 / 28 Fevral 2026
193
15:28 / 28 Fevral 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.