Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15148
az

Aprel döyüşçümüzün özünü yandırıb öldürməsinə görə həkim CƏZALANDIRILDI

14:3002 İyul, 2019
579
KRİMİNAL
  • A
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi iyunun 28-də Mingəçevir şəhərində övladı xəstə olan atanın özünü yandırması məsələsi ilə bağlı açıqlama yayıb.

Qurumdan bildirilib ki, İsmayılov İmamverdi Səxavət oğlu ilə bağlı hadisənin araşdırılması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən komissiya yaradılıb.

“Mərhumun 2015-ci il təvəllüdlü övladının hərarətinin yüksəlməsi səbəbindən iyunun 26 və 27-də xəstəxananın Təcili tibbi yardım şöbəsinə müraciət edilib, xəstədə yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu müəyyən olunub.

Xəstəliyin stasionar müalicəyə göstərişi olmadığına görə uşağa ilkin tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu təsdiqini tapıb və valideynlərinə lazımi məsləhətlər verilərək evə göndərilib.

İyunun 28-i saat 00:31-də uşaq 37.7 dərəcə qızdırma ilə təkrar xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib, ona ilkin tibbi yardım göstərilib, yuxarıda qeyd edilən diaqnoz bir daha təsdiqlənib. Uşağın həyatına təhlükə yarada biləcək hər hansısa problem müəyyən edilməyib. 

Baş vermiş hadisə ilə bağlı hazırda Cinayət Məcəlləsinə əsasən cinayət işi başlanılıb. İyunun 28-də mərhumun övladına xidmət göstərən həkim Cəfərov Elxan istintaq müddətində işindən uzaqlaşdırılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, bir neçə gün əvvəl xəstə olan övladını Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirən ata – İmamverdi İsmayılov xəstəxananın həyətində üzərinə benzin tökərək özünü yandırmışdı. O, iyunun 30-da xəstəxanada dünyasını dəyişib.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU