Oxu24.com -un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə görə, M. Qasımova 10 il 6 ay, O. Hüseynov, İ. Kərimov, E. Osmanov 11 il, S. Heydərova isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, ötən il yanvarın 25-də Yasamal rayon Polis idarəsi 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün axşam rayon ərazisindəki mənzillərdən birində Muxtar Məmmədovun əl-ayağını yapışqanlı lentlə stula bağlayaraq döyüb, cibindəki 150 manatı və mobil telefonu götürməkdə təqsirli bilinən dəstə üzvlərindən Orxan Hüseynov "isti izlər”lə saxlanılıb, digərlərinin isə şəxsiyyətləri müəyyən edilib.
Daha sonra dəstənin digər üzvləri - M.Qasımova, İ.Kərimov, E.Osmanov və Şabran rayon sakini S.Heydərova da saxlanılaraq istintaqa cəlb ediliblər.
Araşdırmalarla məlum olub ki, Bakı şəhər sakini M.Məmmədov internet vasitəsilə tanış olduğu Maya adlı qadınla saat 21 radələrində həmin evə gəlib. Bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan üç maskalı şəxs Muxtarın əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyüb, cibindəki 150 manatı və mobil telefonu götürərək Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayıb gediblər.
M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.
Polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb, quldurluğu törətməkdə şübhəli bilinən 4 nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.(bakupost)
Günün digər xəbərlərini də oxuyun: Polislər qəzaya düşən avtomobilə yaxınlaşanda gördüklərin şoka düşdülər-VİDEO
Fəhlənin başı aparatın altında qaldı+DƏHŞƏTLİ VİDEO
Qusarlı qızın tükürpədən hekayəsi: Qardaşım məni zorlayırdı, baltaladım, doğrayıb basdırdım
Azərbaycanlı rəqqasənin masaj salonundan biabırçı görüntüləri yayıldı-18+VİDEO
{banner_reklam}
Oxu24.com
ŞƏRHLƏR