Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14950
az

Bakıda azyaşlı qızları sosial şəbəkədə aldadıb fahişəliyə cəlb edən şəxsdən XƏBƏR VAR

22:3825 İyun, 2019
1310
KRİMİNAL
  • A
Bakıda azyaşlı qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Cəlal Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Oxu24.com Ölkə.az-a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası iyul ayının 4-nə təyin olunub.

İttihama görə, Cəlal Mehdiyev sosial şəbəkədə azyaşlı qızları aldadıb. O, qızlara hədə-qorxu gəlib, onları fahişəliyə cəlb edib.

Şikayət əsasında Cəlal Mehdiyev Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Cəlal Mehdiyevə Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Oxu24.com

ŞƏRHLƏR

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır