Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14940
az

Bakıda keçmiş iş adamı güllələndi - Ailəsini itirib, fəhləlik edirmiş

12:4725 İyun, 2019
1342
  • A
 
Bakıda keçmiş biznesmen güllələnib.

Bu barədə Oxu.Az-a Nizami rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Ucar rayonunun 40 yaşlı sakini Asim Hüseynovun cəsədi iyunun 24-də, axşam saatlarında Qara Qarayev prospektində tapılıb. Onun kürək nahiyəsində güllə yaraları aşkarlanıb.

Hazırda Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməliyyatçıları cinayəti törətməkdə şübhə bilinən şəxsin axtarışı ilə məşğul olurlar. Şübhəli cinayət yerindən qaçıb.

İlkin araşdırma zamanı məlum olub ki, A.Hüseynovun daha əvvəl kiçik biznesi olub, tikinti materialları (ağac) satıb. Lakin sonra o müflisləşib və hətta ailəsini itirib.

Məlumdur ki, A.Hüseynovun bir neçə şəxsə iri məbləğdə borcu yaranıb. Güman edilir ki, qətlin törədilməsinə məhz bu səbəb olub.

A.Hüseynovun son illər müəyyən yaşayış yeri olmayıb və müxtəlif obyektlərdə fəhlə kimi pul qazanıb. O, belə obyektlərin birinin ətrafında qətlə yetirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıt sakini spirtli içkidən öldü
Mənzildən 23 yaşlı gəncin meyiti tapıldı
Ağdaşda azyaşlı kanalda boğuldu

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Kralın atı qadını ölümcül etdi