Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14933
az

Bakıda gənc oğlan bacısının iş yoldaşını öldürdü - İNANILMAZ HADİSƏ

11:1925 İyun, 2019
849
KRİMİNAL
  • A
 
Bakının Buzovna qəsəbəsində Xaçmaz rayon sakini Rəşad Əliyevin minik avtomobili ilə qəsdən vurularaq öldürülməsi hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, iyunun 24-nə keçən gecə Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Murad Baxşıyevin idarə etdiyi "VAZ-2107” markalı avtomobillə vurub öldürdüyü Rəşad Əliyev onun bacısının iş yoldaşı olub.

Belə ki, Muradın bacısı Rəşadla birgə Buzovnadakı tikiş sexində işləyib. Gənc oğlan gecə saatlarında işdən çıxıb evə gedən bacısının yanında R.Əliyevi görüb və maşını onun üstünə sürərək vurub. R.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Murad Baxşıyev hadisənin təsadüf nəticəsində baş verdiyini, Rəşad Əliyevlə hər hansı münaqişəsinin olmadığını, hadisənin qısqanclıq zəminində baş vermədiyini deyib. R.Əliyevin ailə üzvləri isə hadisənin qəsdən törədildiyini bildirərək aidiyyatı qurumlara şikayət ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb, araşdırmalar davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı
Bakı-Quba yolunda “BMW X5” aşdı - 2 nəfər öldü

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Yasamalda 20 yaşlı qız özünü binadan atıb