Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşət: Şəhərin ortasında qadının başına oyun açdılar

Bakıda dəhşət: Şəhərin ortasında qadının başına oyun açdılar

KRİMİNAL

756

25.06.2019, 09:20

\"\"  Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.
APA xəbər verir ki, rayonun Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Fərzəliyeva Mətanət Balaqardaş qızı naməlum şəxsin hücumuna məruz qalıb.
Qadının əlindəki çantasını alan şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb. Zərəçəkən M.Fərzəliyeva Nizami Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, çantasında 750 manat pul olub. Polislər soyğunçuluq etməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıb.