Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü

Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü

KRİMİNAL

935

24.06.2019, 22:54

\"\" Bakıda yeniyetmə qız xəstəxanadan itkin düşüb.
Oxu24.com Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Əhmədova Xatirə Ağalar qızı polisə müraciət edərək bildirib ki, iyunun 22-də qızı, 2000-ci il təvəllüdlü Əhmədli Nəzrin Asif qızı Sabunçu rayonu ərazisindəki 3 saylı Şəhər Klinik Xəstəxanasından bankomata getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.