DİN açıqlama yaydı:57 nəfər saxlanılıb
03 Oktyabr 2026, 10:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
668
07.01.2026, 15:32
Xüsusi proqramlardan istifadə etməklə bank kartlarından oğurluqda və digər cinayətlərdə təqsirləndirilən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Cavanşir Rüstəmzadəyə 7 il 6 ay, Mehman Əsədova 9 il və Novruz Qulamiyə isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Cavanşir Rüstəmzadə və Mehman Əsədovun 10 il, Novruz Qulaminin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, ötən il iyul ayında Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlayan Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, M.Əsədov vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə edib. Daha sonra o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb.
Həmçinin dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə təqsirləndirilir.
Hər üç təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 271.2.2-ci (Kompüter sisteminə qanunsuz daxil olma- qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.
11:24 / 03 Oktyabr 2026
13
11:19 / 03 Oktyabr 2026
19
11:14 / 03 Oktyabr 2026
25
11:10 / 03 Oktyabr 2026
23
11:07 / 03 Oktyabr 2026
33
10:59 / 03 Oktyabr 2026
34
10:55 / 03 Oktyabr 2026
41
10:50 / 03 Oktyabr 2026
46
10:34 / 03 Oktyabr 2026
56
10:30 / 03 Oktyabr 2026
52
10:26 / 03 Oktyabr 2026
358
10:20 / 03 Oktyabr 2026
185
10:18 / 03 Oktyabr 2026
52
10:13 / 03 Oktyabr 2026
346
10:11 / 03 Oktyabr 2026
52
10:07 / 03 Oktyabr 2026
55
09:45 / 03 Oktyabr 2026
60
09:18 / 03 Oktyabr 2026
152
09:15 / 03 Oktyabr 2026
74
09:13 / 03 Oktyabr 2026
58
08:28 / 03 Oktyabr 2026
229
00:24 / 03 Oktyabr 2026
152
23:52 / 02 Oktyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.