Tərtər hadisələrində ölən polkovnikin övladlarına - 20 min veriləcək
14 Yanvar 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
4574
07.01.2026, 12:17
Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahirə Quliyevanın (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com Pravda.az-a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, təqsirləndirilən şəxs vahid niyyətlə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bir neçə şəxsə qarşı dələduzluq əməlləri törədib.
Belə ki, Tahirə Quliyeva Tovuz rayon sakini olan zərərçəkmiş T.T.-nin oğluna II qrup əlilliyə görə təyin edilmiş və sonradan dayandırılmış təqaüdünün bərpa olunmasına köməklik göstərəcəyini vəd edib. Bununla bağlı hər hansı səlahiyyəti olmadığı halda, zərərçəkmiş şəxsi aldadaraq 2022-ci il fevralın 28-də Tovuz şəhərində avtovağzalın qarşısında 200 manat, 2022-ci il martın 1-də isə Ağstafa şəhərində avtovağzalın qarşısında 3 800 manat olmaqla ümumilikdə 4 000 manat pul vəsaitini ələ keçirib və həmin məbləği şəxsi ehtiyacları üçün istifadə edib.
Bundan başqa, təqsirləndirilən şəxs analoji üsulla Qazax rayon sakini olan zərərçəkmiş R.R.-i də aldadıb. Belə ki, onun II qrup əlilliyə görə təyin edilmiş və sonradan dayandırılmış təqaüdünün bərpa ediləcəyini vəd edərək 2022-ci il avqustun 26-da akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin inzibati binasının qarşısında 4 000 manat, 2023-cü ilin fevral ayında isə tanışı vasitəsilə əlavə 500 manat olmaqla, ümumilikdə 4 500 manat pul vəsaitini ələ keçirib.
Həmçinin oxuyun
İttihama əsasən, Tahirə Quliyeva daha sonra Ağstafa rayon sakini olan zərərçəkmiş A.A.-ya qarşı da təkrar dələduzluq edib. Belə ki, 2021-ci ilin iyun ayında və sonrakı dövrlərdə onunla müxtəlif yerlərdə görüşərək ümumilikdə 6 000 manat pul vəsaitini alıb. O, həmin vəsaiti də hər hansı real köməklik göstərmədən şəxsi məqsədləri üçün istifadə edib.
Bundan əlavə, təqsirləndirilən şəxs Qazax rayon sakini olan zərərçəkmiş V.V.-ni də aldadıb. Zərərçəkmiş şəxsin həyat yoldaşına müharibə veteranı adının verilməsinə köməklik göstərəcəyini vəd edən təqsirləndirilən şəxs 2023-cü il iyunun 26-da zərərçəkmişin yaşadığı ünvanda onun 1 000 manat pul vəsaitini ələ keçirib.
Qeyd olunan hallarla təqsirləndirilən şəxs zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vurmaqla aldatma yolu ilə təkrar dələduzluq etməkdə təqsirli bilinib.
Qazax Rayon Məhkəməsinin hökmü ilə Tahirə Quliyeva 1 il 4 ay 6 gün müddətə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.
Tahirə Quliyeva Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzində laboratoriya həkimi vəzifəsində işləyib.
18:25 / 14 Yanvar 2026
77
18:22 / 14 Yanvar 2026
17
18:21 / 14 Yanvar 2026
18
18:10 / 14 Yanvar 2026
22
17:48 / 14 Yanvar 2026
193
17:45 / 14 Yanvar 2026
35
17:42 / 14 Yanvar 2026
36
17:25 / 14 Yanvar 2026
658
17:07 / 14 Yanvar 2026
553
16:52 / 14 Yanvar 2026
120
16:49 / 14 Yanvar 2026
64
16:40 / 14 Yanvar 2026
176
16:31 / 14 Yanvar 2026
114
16:30 / 14 Yanvar 2026
343
16:21 / 14 Yanvar 2026
94
16:07 / 14 Yanvar 2026
66
16:02 / 14 Yanvar 2026
570
15:25 / 14 Yanvar 2026
1385
15:20 / 14 Yanvar 2026
823
15:16 / 14 Yanvar 2026
78
14:51 / 14 Yanvar 2026
299
14:34 / 14 Yanvar 2026
575
14:24 / 14 Yanvar 2026
74
14:06 / 14 Yanvar 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.