DİN əməliyyat keçirib: 7 nəfər tutulub
03 Oktyabr 2026, 15:54
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
966
06.01.2026, 12:52
"N" saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Fariz İsayevin ölüm faktı əsasında başlanılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
Oxu24.com-un məlumatına görə, faktla bağlı əsgərin qulluq etdiyi hərbi hissənin həkimi, tibb xidməti baş leytenantı Vaqif Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 342.1-1-ci (Qulluğa səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunur. V.Məmmədov barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Xatırladaq ki, ötən ilin may ayında Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev hərbi hissəyə göndəriləndən üç gün sonra vəfat edib. İddialara əsasən, yüksək hərarəti olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.
Sumqayıt Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual hərəkətlər icra edilib.
Faktla bağlı Sumqayıt Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb.
APA
15:54 / 03 Oktyabr 2026
1
14:32 / 03 Oktyabr 2026
475
14:15 / 03 Oktyabr 2026
65
14:10 / 03 Oktyabr 2026
71
13:06 / 03 Oktyabr 2026
92
13:04 / 03 Oktyabr 2026
70
11:50 / 03 Oktyabr 2026
95
11:35 / 03 Oktyabr 2026
67
11:24 / 03 Oktyabr 2026
100
11:19 / 03 Oktyabr 2026
492
11:14 / 03 Oktyabr 2026
67
11:10 / 03 Oktyabr 2026
69
11:07 / 03 Oktyabr 2026
73
10:59 / 03 Oktyabr 2026
74
10:55 / 03 Oktyabr 2026
83
10:50 / 03 Oktyabr 2026
94
10:34 / 03 Oktyabr 2026
104
10:30 / 03 Oktyabr 2026
84
10:26 / 03 Oktyabr 2026
681
10:20 / 03 Oktyabr 2026
452
10:18 / 03 Oktyabr 2026
88
10:13 / 03 Oktyabr 2026
643
10:11 / 03 Oktyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.