Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda dəhşətli qəza - Maşın piyadanın üstünə aşdı

2019-06/1561365584_meyiti-1.jpg

KRİMİNAL

981

24.06.2019, 12:39

\"\"  Sumqayıtda ağır yol qəzası baş verib.
Oxu24.com Trend-ə istinadən bildirir ki, hadisə Sumqayıt Su Elektrik Stansiyasının yaxınlığında baş verib. Şəhər sakini Abdulov Müşfiq Eynulla oğlu idarə etdiyi 90 BJ 541 dövlət nömrə nişanlı \"Opel\" markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Hadisə nəticəsində avtomobil yolun kənarındakı dayanacaqda dayanan piyada, 1989-cu il təvəllüdlü Əliyev Elnur Elman oğlunun üzərinə aşıb. Avtomobilin altında qalan E.Əliyev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb.