Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda yol qəzası: 11 nəfər ölüb

2019-06/1561359844_qeza-fotosu.jpg

KRİMİNAL

779

24.06.2019, 11:04

\"\"  Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 10 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb. {banner_reklam}