32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
04 Oktyabr 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
17405
02.01.2026, 22:58
Azərbaycan Dəmir Yolları QSC-də Yanacaq və Enerji Resurslarının İdarə Edilməsi Departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və ADY-nin İnfrastruktur Departamentinin Qatarların İdarə Edilməsi Xidmətinin İmişli lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti Famil Soltanov həbs edilib.
Oxu24.com xəbər verir ki, onlar lokomotivlərin hərəkəti üçün ayrılmış tonlarla dizel yanacağı və yağı mənimsəyib satmaqda təqsirli biliniblər.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, rəsmi sənədlərə lokomotivlərin faktiki hərəkət etməməsinə və kifayət qədər yanacaq olmasına baxmayaraq, guya əlavə marşrutlar yerinə yetirilmiş kimi yalan məlumatlar daxil edilib. Həmin saxta sənədlər əsasında böyük həcmdə dizel yanacağı və yağ götürülərək satılıb, əldə olunan pul isə təqsirləndirilən şəxslər arasında bölünüb.
Müttəhimlərin qanunsuz əməlləri nəticəsində dövlət qurumuna 107 min manat ziyan dəyib. İbtidai və məhkəmə istintaqı vaxtı 58 yaşlı E. Sadıqov və 34 yaşlı F. Soltanov azadlıqda olublar. Onlara dəymiş ziyanı ödəmələri üçün şərait yaradılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan işdə müttəhimlər özlərini təqsirli biliblər. Eldəniz Sadıqov əlavə olaraq 70 ton dizel yanacağını mənimsədiyini etiraf edib, əməlindən utanc hissi keçirdiyini deyib.
Esmira Məmmədovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda ittihamları tam sübuta yetirilmiş hesab edib. Hakimlər belə qənaətə gəliblər ki, dəymiş ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxslərin azadlıqda qalması mümkünsüzdür.
Hökmə əsasən, Eldəniz Sadıqov 6 il, Famil Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onların hər ikisi məhkəmə zalında həbs olunub. Bundan əlavə, dəymiş ziyanın qalan hissəsi-31 min 837 manat təqsirləndirilən şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.(Qafqazinfo)
00:16 / 04 Oktyabr 2026
71
23:56 / 03 Oktyabr 2026
62
23:26 / 03 Oktyabr 2026
66
22:53 / 03 Oktyabr 2026
71
22:48 / 03 Oktyabr 2026
69
22:41 / 03 Oktyabr 2026
80
22:29 / 03 Oktyabr 2026
74
22:13 / 03 Oktyabr 2026
132
22:08 / 03 Oktyabr 2026
90
21:24 / 03 Oktyabr 2026
79
21:09 / 03 Oktyabr 2026
95
20:57 / 03 Oktyabr 2026
117
20:51 / 03 Oktyabr 2026
93
20:38 / 03 Oktyabr 2026
96
20:27 / 03 Oktyabr 2026
534
20:14 / 03 Oktyabr 2026
96
20:03 / 03 Oktyabr 2026
406
19:52 / 03 Oktyabr 2026
538
19:51 / 03 Oktyabr 2026
118
19:46 / 03 Oktyabr 2026
76
19:34 / 03 Oktyabr 2026
78
19:34 / 03 Oktyabr 2026
79
19:25 / 03 Oktyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.