32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
04 Oktyabr 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2451
02.01.2026, 19:08
Prezident İlham Əliyevin ötən ilin sonunda - dekabrın 29-da işdən çıxardığı Nəsimi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan İbrahimov haqda yeni iddialar yayılıb.
Oxu24.com xəbər verir ki,bildirilir ki, cəmi 47 gün Nəsimidə icra başçısı işləmiş E.İbrahimovla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar başlayıb.
Mənbə deyib ki, bu araşdırmalar bundan əvvəl Kürdəmirdə icra başçısı işlədiyi dövrü də əhatə edə bilər.
“Hələ ki araşdırmaların konkret istintaqa çevrilmədiyi deyilir, amma Elxan İbrahimovun iki dəfə ifadəsi alınıb” deyə, mənbə iddia edib.
Gününsesi.infonun yazdığına görə,O da bildirilir ki, Elxan İbrahimov hətta YAP-ın Nəsimi rayon təşkilatı ilə birgə təşkil olunan tədbirini boykot edib.
Bakı rayonlarının icra başçılarının və Milli Məclis üzvlərinin qatıldığı tədbirə Elxan İbrahimov gözə dəyməyib. Onun bu tədbirə gəlməməsi isə “yeni icra başçısı kimi Nəsimi rayonunun fəalları ilə görüşü, rayonun problemlərini müzakirə etməsi” ilə əlaqələndirilib. Amma onun bu davranışı YAP-a hörmətsizlik kimi qiymətləndirilib.
Başqa bir iddiaya görə, sabiq icra başçısından təkcə rayon ərazisində fəaliyyət göstərən iş adamları şikayətçi olmayıb. Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətində vəzifə tutan əksər əməkdaşlardan ərizə yazıb könüllü şəkildə işdən getməyi tələb edib.(media.az). Onun işdən çıxmasını istədiyi şəxslərin siyahısında icra başçısının müavinlərinin, şöbə müdürlərinin, sektor müdürlərinin adları olub. Keçmiş başçı təyinatın ertəsi günü həmin şəxsləri ərizə yazmağa məcbur edib. Əməkdaşlar bu tələbə boyun əymədiyi üçün tərəflər arasındakı narazılıq qarşıdurma həddinə çatıb.
Nəsimi Rayonunun yeni icra başçısı kimdir? – DOSYE
Yeri gəlmişkən, E.İbrahimovun işdən çıxardığı müavini Ramiz Quliyev də yenisabah.az-a ilginc açıqlamalar verib. O deyib ki, işdən çıxarılmasını sakit qarşılayıb:
“Mən dava edən deyiləm ki. Amma haqq yerini tapdı. Yazırlar ki, oradan-buradan pul alıb və s. Haqq-ədalətin öz yerini tutacağına əmin idim. Siz mənim yerimdə olsaydınız, necə edərdiniz? Durduğum yerdə gecə vaxtrı çağırıb deyir ki, ərizəni yaz çıx. Belə halla üzləşən adamın bunu edənə münasibəti necə olar? Mən Hacı adamam, Allaha tapşırdım. Sağ olsun cənab Prezident, haqq yerini tutdu. Biz hardasa 18-20 gün bir yerdə işlədik”.
Yayılmış iddialarla bağlı konkret və səhih məlumatlar yəqin ki, 2026-da ölkədə iş həftəsi başlayanda məlumat əldə etmək mümkün olacaq. Hüquqşünaslar deyiblıər ki, Elxan İbrahimov barədə yayılan iddialar (100-200 min manat civarında qeyri-qanuni haqq tələbetmə) təsdiqini taparsa, bu, Cinayət Məcəlləsinin 311-ci maddəsi - rüşvət alma ilə cinayət tərkibi yaradır. Bu halda Elxan İbrahimova 12 ilədək azadlıqdan mərhumetmə cəzası verilə bilər.
03:58 / 04 Oktyabr 2026
1
00:16 / 04 Oktyabr 2026
93
23:56 / 03 Oktyabr 2026
69
23:26 / 03 Oktyabr 2026
75
22:53 / 03 Oktyabr 2026
76
22:48 / 03 Oktyabr 2026
70
22:41 / 03 Oktyabr 2026
90
22:29 / 03 Oktyabr 2026
80
22:13 / 03 Oktyabr 2026
149
22:08 / 03 Oktyabr 2026
99
21:24 / 03 Oktyabr 2026
84
21:09 / 03 Oktyabr 2026
102
20:57 / 03 Oktyabr 2026
124
20:51 / 03 Oktyabr 2026
98
20:38 / 03 Oktyabr 2026
100
20:27 / 03 Oktyabr 2026
567
20:14 / 03 Oktyabr 2026
100
20:03 / 03 Oktyabr 2026
454
19:52 / 03 Oktyabr 2026
579
19:51 / 03 Oktyabr 2026
124
19:46 / 03 Oktyabr 2026
80
19:34 / 03 Oktyabr 2026
81
19:34 / 03 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.