32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
04 Oktyabr 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
728
27.12.2025, 12:04
Azərbaycanda gəmiçilik şirkəti - "Səmayə Co LTD" MMC nizamnamə kapitalını azaltdığını elan edib.
Oxu24.com Teleqraf-a istinadən xəbər verir ki, şirkətin 644 700 manatlıq nizamnamə kapitalı 50% azaldılaraq 322 350 manata endirilib.
Qeyd edək ki, şirkət 2004-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vasif Böyükağa oğlu Zərbəliyevdir.
Yeri gəlmişkən bildirək ki, " Səmayə Co LTD" MMC-nin hazırda dövlətə 124 min 952.22 manat vergi borcu da var.
Şirkətin əsas fəaliyyəti gəmiçilik, yüklərin daşınması və logistika xidmətlərindən ibarətdir. Hazırda şirkətin balansında 3000, 2000 tonluq neft tankerləri, 2500 tonluq quru yük daşıyan gəmilər və digər təyinatlı gəmilər mövcuddur. Yüklərin daşınması üçün cari sifariş olmadığından gəmilər icarəyə verilir, gəlir əsasən icarə haqlarından və təsisçinin dəstəklərindən formalaşır.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
“RR Caspi” rəhbəri Ramin Axundov Premyer Liqada çıxış edən “Araz-Naxçıvan”ın prezidentidir.
R.Axundov istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk edib. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.
Ramin Axundov eyni zamanda, bu işdə adı keçən “Səmayə Co”, “Səmayə Logistic” şirkətlərinin rəhbəri, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır.
Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüquq fakültəsində ali təhsil alıb.
17:23 / 04 Oktyabr 2026
3
17:20 / 04 Oktyabr 2026
15
16:58 / 04 Oktyabr 2026
462
16:56 / 04 Oktyabr 2026
66
16:55 / 04 Oktyabr 2026
55
16:53 / 04 Oktyabr 2026
61
16:51 / 04 Oktyabr 2026
47
16:49 / 04 Oktyabr 2026
44
14:30 / 04 Oktyabr 2026
84
14:04 / 04 Oktyabr 2026
117
14:00 / 04 Oktyabr 2026
90
13:55 / 04 Oktyabr 2026
69
13:44 / 04 Oktyabr 2026
231
13:40 / 04 Oktyabr 2026
75
13:30 / 04 Oktyabr 2026
66
13:15 / 04 Oktyabr 2026
86
12:55 / 04 Oktyabr 2026
89
12:48 / 04 Oktyabr 2026
260
12:31 / 04 Oktyabr 2026
91
12:13 / 04 Oktyabr 2026
1743
12:10 / 04 Oktyabr 2026
2247
11:22 / 04 Oktyabr 2026
85
11:14 / 04 Oktyabr 2026
383
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.