Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14786
az

Ayıq sürücülər sizi yol polisinə belə satır: ŞOKA düşəcəksiniz

14:1321 İyun, 2019
1428
KRİMİNAL
  • A
 
Jurnalist Samir Güləliyev ayıq sürücülərin restorandan çıxan şəxsləri yol polisinə nişan verməsi ilə bağlı maraqlı yazı paylaşıb. Oxu24.com  həmin yazını təqdim edir:

“Hə bunu yazmasam ürəyim partlayar. Deməli "OAZİS"dən ad günündən çıxırıq Elnur Hidayətoğlu ilə. Qapıdan çıxanda 7-8 nəfər qarğa-quzğun kimi nətər tökülüşdüsə üstümüzə özümüz qorxduq. Hərəsi bir tərəfdən "Ayıq sürücü, adresə qədər" deyib bağırırlar. Elnur da mırta bunlara qayıtdı ki, içmişəm özüm sürəcəm.
Elə Elnurla təzə sağollaşıb ayrılmışdıq zəng elədi ki, bəs ayıq sürücülər satıblar məni, yol polisi saxlayıb içkili olub olmamağı yoxladı.
Qərara gəldim ki, mən də özümü içkiliyə vurum, görüm nolur. Girdim restorana sağollaşıb çıxanda həmin ayıq sürücülər tökülüşdü yenə üstümə. Özümü vurdum konkret “piyanlığa” ki, guya ağzım söz tutmur. Bir-bir gəldilər ayıq sürücü, əlimlə rədd elədim. Özümü elə “piyanlığa” vurmuşam ki, yolu keçəndə hətta maşınlar saxlayıb yol verdilər ki zibilə düşərlər))
Deməli yolu keçib maşını “xoda” saldım, təzədən maşından düşüb vağzal “alkaşları” kimi söykəndim maşına ki guya ürəyim bulanır. Hiss elədim ki, həmin "ayıq sürücü"lərdən biri məni izləyir. 2-3 dəqiqə maşının qapısından sallanandan sonra oturdum maşına, maqnitafonda Röyanın "Naz eyləyir" mahnısını bağırda-bağırda, şüşələr aşağı tərpəndim. Röya da elə bu mahnını konkret alkaşlar üçün oxuyur elə bil))
Elə 100 metr gəlmişdim ki, bir də gördüm arxadan yol polisi maşını sayrışan işıqları yandırdı və "saxla!" əmri verdi. Saxladım. Bir nəfər serjant yaxınlaşıb özünü təqdim elədi və aramızda belə bir dialoq yarandı:

Günün  digər  xəbərləri: Polis bu şəxslər bağlı əhaliyə müraciət etdi-Görənlər 102-yə zəng etsin

Ayıq sürücülər sizi yol polisinə belə satır: ŞOKA düşəcəksiniz
 
Bu meşəyə girən heç kəs SAĞ ÇIXMIR: İnsanı dəhşətə gətirən FAKTLAR-FOTO

Bakıda qadın özünü körpüdən atdı : Dəhşətli görüntülər– VİDEO 18+

DƏHŞƏTLİ anlar: Şir qızı küçənin ortasından götürüb meşəyə qaçırdı+VİDEO

"Sahil" qəsəbəsində dəhşət: Qız avtomobil qarışıq özünü təpədən atdı+ANBAAN VİDEO


-Salam, içki qəbul edirsiz?
-Bəli.
-İndi qəbul eləmisiniz?
-Yox!
-Bəlkə yoxlayaq?
-Sizə kim dedi ki mən içki qəbul etmişəm və yol hərəkət qaydasını pozmadığım halda məni niyə narahat edirsiniz?
-Müəllim, narahatlığa əsas yoxdur, sadəcə içkini yoxlamaq üçqn saxlamışıq.
-Niyə mənim qarşımda və məndən arxada hərəkətdə olan maşını yox, məhz məni saxladınız?
-Sizin içkili olduğunuz qənaətinə gəldik. İcazə verin yoxlayaq.
-Buyurun.
Bir az da özümü qoydum “piyanlığa”. Polisin yanında bir-iki dəfə də gəyirdim ki tam arxayın olsun ki içmişəm))))
Yol polisi qayıtdı ki, bəs alkotesterlə yoxlayırıq amma üfürəndə dodağın aparata dəyməsin. Razılaşdım. Amma iki-üç dəfə üfürdüm dodağım alkotesterə dəydi sayılmadı. Yol polisi konkret arxayın oldu ki içmişəm. Axırda bunun dediyi kimi üfürdüm və məlum oldu ki, içki qəbul etməmişəm. Adam dəli oldu, inanmadı bir də yoxladı, gördü xeyri yoxdu da. Çarəsiz qalıb üzr istədi, kimisə söyə-söyə qayıtdı geri.
Deyirəm məlumat verən "ayıq satıcı" var e, ara yerdə onun qanı getdi e. İndi yazıq nələr çəkir.

Bildiririk ki, sərxoş sürücülərə qarşı mübarizədə bu cür metodlardan istifadə edilməsi normal haldır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı