"Bandotdel"in tutduğu şəxsi Mehdiyevin qızı ilə nə BAĞLAYIR?
14 Noyabr 2026, 21:11
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
737
24.12.2025, 12:10
Beyləqanının icra başçısı Əziz Əzizov "TikTok"da onun barəsində video paylaşan Ağdam sakinini məhkəməyə verib.
Teleqraf-ın məlumatına görə, icra başçısı məhkəmədən paylaşılan videonun onun şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yönəldiyini və bu səbəbdən təkzib verilməsini, dövlət rüsumuna görə ödənilmiş 100 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
Ötən gün Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh iştirak etməsə də, bu, qərarın verilməsinə mane olmayıb.
Məhkəmə Əziz Əzizovun tələbini qismən təmin edib. Ağdam sakini icra başçısı barədə işlətdiyi cümlələrə görə təkzib verəcək. Bundan başqa, cavabdehdən ödənilmiş dövlət rüsumu əvəzində 100 manat alınaraq icra başçısına veriləcək.
İcra başçısının Ağdam sakininindən üzr gözləməsi isə baş tutmayacaq. Məhkəmə bu tələbi rədd edilib.
Qeyd edək ki, "TikTok"da paylaşılan videoda icra başçısı barədə "İcra başçısı varlıların icra başçısıdır, kasıbların yox", "Mən bir dəfə görmədim ki, icra başçısı Əziz Əzizov şəhid ailəsinin qapısının qarşısına qrabil töksün. Büdcədə pul azdır?", "Millətdən, xalqdan yediyiniz pulları hara xərcləyirsiniz?" kimi cümlələr işlədib.
11:29 / 15 Noyabr 2026
1
11:20 / 15 Noyabr 2026
33
11:20 / 15 Noyabr 2026
36
11:10 / 15 Noyabr 2026
47
11:07 / 15 Noyabr 2026
193
10:50 / 15 Noyabr 2026
66
10:25 / 15 Noyabr 2026
197
10:21 / 15 Noyabr 2026
85
10:18 / 15 Noyabr 2026
81
10:12 / 15 Noyabr 2026
109
09:35 / 15 Noyabr 2026
404
07:35 / 15 Noyabr 2026
136
05:50 / 15 Noyabr 2026
137
01:35 / 15 Noyabr 2026
151
01:10 / 15 Noyabr 2026
168
23:59 / 14 Noyabr 2026
354
23:51 / 14 Noyabr 2026
193
23:47 / 14 Noyabr 2026
209
23:33 / 14 Noyabr 2026
172
23:23 / 14 Noyabr 2026
528
23:16 / 14 Noyabr 2026
175
23:05 / 14 Noyabr 2026
735
23:01 / 14 Noyabr 2026
562
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.