Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14739
az

Bakıda gənc qızdan sərxoş atasına qarşı ŞOK HƏRƏKƏT

11:5820 İyun, 2019
695
KRİMİNAL
  • A
 
Bakıda sərxoş atasını bıçaqlamaqda təqsirli bilinən Günel Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə material üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi Faiq Qəniyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, hadisə bu il fevralın 20-də, gecə saatlarında paytaxtın Ramana qəsəbəsinin Zərdabi küçəsindəki evlərdən birində baş verib.

49 yaşlı İlham Hüseynov ağır bıçaq yaraları ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, İlham Hüseynovu qızı Günel Hüseynova bıçaqlayıb. Şübhəli şəxs Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi tərəfindən saxlanılıb. İstintaq dindirilməsi zamanı Günel Hüseynova əməlini etiraf edib, deyib ki, atasını vurmaq niyyəti olmayıb, ancaq buna vadar olub.

İlham Hüseynov daim sərxoşluq edib və nizamsız həyat tərzi sürüb. Ailə başçısı evə sərxoş vəziyyətdə gələrək, ailəni incidib, qalmaqal salıb. O, fevralın 20-də, gecə saatlarında yenidən sərxoş vəziyyətdə evinə gəlib və ailəsinə qarşı amansızlıq edib.

Atasının hərəkətlərindən əsəbiləşən qız bıçaq götürərək, ona üç zərbə endirib.

İstintaq orqanı tərəfindən Günel Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU
Azərbaycanda DƏHŞƏT: kişi bacısına günlərlə ağır işgəncə verərək... - Hadisə yerindən VİDEO
Bakıda kafedə tüstülənmə oldu

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş