Neftçala rayonunda baş vermiş güllələnmə hadisəsinin təfərrüatları məlum olub.
Oxu24.com Publika.az-a istinadən xəbər verir ki, rayonun Astanlı kəndində 1990-cı il təvəllüdlü Şahin Fərəməzova (ad və soyadlar şərtidir) atəş açaraq ona xəsarət yetirən 1960-cı il təvəllüdlü Məmməd Musayev tutulub. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Ş.Fərəməzovla M.Musayevin oğlunun həyat yoldaşı arasında gizli münasibət olub. Bu səbəbdən Musayevlər ailəsində söz-söhbət olub və 59 yaşlı kişi gəlinin oğlundan boşanaraq evi tərk etməsini tələb edib. Eyni zamanda gəlinin kənd sakini olan başqa şəxsl münasibətdə olmasını bilənən kişi həmin şəxsi cəzalandırmaq qərarına gəlib və evin həyətində tutduğu gənc oğlana atəş açıb. 29 yaşlı Ş.Fərəməzov hadisə vaxtı qaçmağa nail olub və yalnız bud nahiyəsindən xəsarət alıb. Onun həyatına təhlükə olmadığı bildirilir.
Bildirilir ki, hadisəni törədən şəxsin oğlu daş karxanasında çalışır.
Faktla bağlı araşdırmalar davam etdirilir. Oxu24.com
ŞƏRHLƏR