Qaynar xətt:

(+99450) 247 90 86

Ağsuda 20 yaşlı fəhlə hündürlükdən yıxıldı - Bakıya gətirdilər

Ağsuda 20 yaşlı fəhlə hündürlükdən yıxıldı - Bakıya gətirdilər

KRİMİNAL

734

19.06.2019, 19:39

\"\"  Ağsuda 20 yaşlı fəhlə iş zamanı hündürlükdən yıxılıb.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, iyunun 18-də saat 17.00 radələrində rayonun Ərəbmehdibəy kənd sakini, 1999-cu il təvəllüdlü Fuad Knyazlı kənddə yerləşən \"Aqropark\" QSC-nin Yem zavodunda iş qəzası nəticəsində hündürlükdən düşüb.
Gənc hadisə nəticəsində aldığı ağır xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və oradan Bakıya göndərilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.