Rusiya paytaxtında azərbycanlı müğənni həbs olunub.
Oxu24.com APA-yaistinadən xəbər verir ki, bu barədə "Baza Telegram" kanalı məlumat yayıb. Məlumata əsasən, azərbaycanlı müğənni Rizvan Əliyev polis tərəfindən saxlanılıb. O, ev yandırmaqda və soyğunçuluqda şübhəli bilinir.
İş üzrə zərərçəkən kimi isə Rizvan Əliyevin masajçısı Mart Avilov tanınıb. Onun sosial şəbəkələrdə azərbaycanlı müğənninin ünvanına təhqirlər yazdığı bildirilib.
Masajçı polisə ifadəsində mayın 25-də çağırışa getdiyini, lakin çağırışın yalan olduğunu və evə dönərkən yanğınla qarşılaşdığını söyləyib. O, evdən içərisində qızıl-ziynət əşyalarının olduğu seyfin də oğurlandığını bildirib.
Şübhəli qismində müğənni Rizvan Əliyev saxlanılıb. Onun törətdiyi əməli etiraf etdiyi bildirilib. R. Əliyev oğurladığı seyfi meşədə gizlədib. Müğənni barəsində ev dustaqlığı qərarı verilib. Oxu24.com
ŞƏRHLƏR