Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14646
az

Azərbaycanda polis intihar etdi - Məktub yazıb, özünü öldürüb

14:0818 İyun, 2019
927
KRİMİNAL
  • A
 
Xırdalanda polis əməkdaşı ağır maddi durumu səbəbindən intihar edib.

Oxu24.com  xəbər verir ki, bu barədə Oxu.Az-a Abşeron rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

İyunun 17-də axşam saatlarında 37 yaşlı Hətəmov Rəşid Feyruz oğlunun meyiti yaşadığı evdə asılmış vəziyyətdə aşkarlanıb. R.Hətəmov Bakı metrosunda post-patrul xidmətində çalışıb.

Əldə etdiyimiz məlumata görə, intihar şənbə günü baş verib. Polis serjantı R.Hətəmovun iki gün iş yerinə gəlməməsi metropolitendə narahatlığa səbəb olub. Məlum olub ki, o, həyatına son qoymazdan bir neçə gün əvvəl ailəsini İsmayıllı rayonuna aparıb.

Hazırda intihar faktını Abşeron rayon Prokurorluğu araşdırır. Hadisə yerində kriminalistlər məktub tapıb. Orada R.Hətəmovun kimlərə borcunun olduğu və müvafiq olaraq məbləğləri göstərilib. Polis əməkdaşının ümumilikdə 15 min manatdan çox borcu yığılıb.

İlkin ehtimala görə, onu bu addımı atmağa məhz maddi sıxıntı və yığılan borcları vadar edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU