Qaynar xətt:

(+99450) 247 90 86

Ələt-Astara yolunda ağır yol qəzası - 3 Banqladeş vətəndaşı öldü

2019-06/1560799634_1560798149_qeza.jpg

KRİMİNAL

828

17.06.2019, 23:26

\"\" Ələt-Astara avtomobil yolunda Banqladeş vətəndaşlarından ibarət şirkət işçilərini daşıyan avtobus aşıb.
AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, nəticədə 3 Banqladeş vətəndaşı ölüb, daha 4-ü, həmçinin bir azərbaycanlı yaralanıb. Ölən və yaralananların dəqiq hansı şəxslər olduğu bilinməsə də, adları aşağıdakı kimidir: 1983-cü il təvəllüdlü Məhəmməd Ərşad 1979-cu il təvəllüdlü Zahangir Alam 1987-ci il təvəllüdlü Ruhul Amin 1990-cı il təvəllüdlü Hüseyn Muhasib 1997-ci il təvəllüdlü Vetri Çelvin 1977-ci il təvəllüdlü Məhəmməd Muxtar 1979-cu il təvəllüdlü İslam Məcdun 1992-ci il təvəllüdlü Ağayev Mehman Azad oğlu (sürücü) Yaralılar bədənin müxtəlif nahiyələrindən aldıqları xəsarətlərlə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət ediblər. Qeyd edək ki, əcnəbi vətəndaşlar Səbail rayon Badamdar qəsəbəsində yaşayırlar.