Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda qadın müəllimə görün nəyə görə HƏBS EDİLDİ. Bacısının.... - FOTO

2019-06/1560790812_1560789221_images.jpg

KRİMİNAL

792

17.06.2019, 21:01

\"\" Hacıqabulda bacısının külli miqdarda nağd pulunu və qızıl-zinət əşyalarını oğurlayan qadın saxlanılıb.
Oxu24.com-un APA-ya istinadən  məlumatına görə, iyunun 15-də Hacıqabul şəhər sakini Xəyalə Vahid qızı Mənsimova rayon polis şöbəsinə müraciət edərək, yaşadığı Y.Şirəliyev küçəsi-12 ünvanındakı evindən böyük məbləğdə nağd pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Hacıqabul polisi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul sakini, 1980-ci il təvəllüdlü Günay Vahid qızı Mənsimova saxlanılıb. Məlum olub ki, o, həmin tarixdə gecə saat 2.30-da bacısı ilə birgə yaşadığı evin yataq otağına daxil olaraq, oradan 25 650 manat nağd pul və 9800 manat dəyərində qızıl-zinət əşyaları, ümumilikdə 35 450 manat dəyərində oğurluq edib.Hər iki bacının müəllimə işlədiyi qeyd edilir. G.Mənsimova barəsində CM-nin 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. \"\"