Neftçalada 36 yaşlı qadın faciəvi şəkildə ölüb.
APA-nın məlumatına görə, şəhər sakini, 1983-cü il təvəllüdlü Abuşova Rühiyyə Akif qızının yaşadığı evin həyətində elektrik cərəyanı vurub.
Araşdırmalar zamanı müəyyən olunub ki, R. Abuşova evin həyətində su motoruna qoşulmuş elektrik naqilinə işlək vəziyyətdə olduğu zaman əli ilə toxunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR