Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
16 Noyabr 2026, 11:44
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1395
22.10.2025, 17:52
Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə təqsirləndirilən “Hüquq və İnkişaf” ictimai təşkilatının rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Oxu24.com-un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
H.Həsənov ona qarşı irəli sürülən ittihamlarla razılaşmayaraq cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib.
Cinayət işi məhkəmə baxışına verilib. Növbəti məhkəmə prosesi noyabrın 5-nə təyin edilib.
Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (külli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 308.2-ci (ağır nəticələrə səbəb olduqda vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Miri
11:44 / 16 Noyabr 2026
16
11:40 / 16 Noyabr 2026
33
11:33 / 16 Noyabr 2026
39
11:27 / 16 Noyabr 2026
44
11:26 / 16 Noyabr 2026
62
11:20 / 16 Noyabr 2026
52
11:11 / 16 Noyabr 2026
57
11:06 / 16 Noyabr 2026
55
11:01 / 16 Noyabr 2026
57
10:57 / 16 Noyabr 2026
85
10:46 / 16 Noyabr 2026
63
10:41 / 16 Noyabr 2026
103
10:40 / 16 Noyabr 2026
98
10:37 / 16 Noyabr 2026
79
10:23 / 16 Noyabr 2026
88
10:04 / 16 Noyabr 2026
74
09:57 / 16 Noyabr 2026
110
09:47 / 16 Noyabr 2026
111
09:32 / 16 Noyabr 2026
83
08:54 / 16 Noyabr 2026
120
08:45 / 16 Noyabr 2026
123
08:42 / 16 Noyabr 2026
504
08:32 / 16 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.