Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıt-Novxanı yolunda qəza - Piyada öldü

2025/01/30/1738188154_qezaaaa.jpg

KRİMİNAL

538

25.09.2025, 10:00

Dünən gecə Sumqayıt-Novxanı yolunda ağır yol qəzası baş verib.

Oxu24.com-un məlumatına görə, hadisə saat 01:30 radələrində Saray qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Heybət Talıb oğlu Əliyev “Volkswagen” markalı avtomobillə yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Rəşid Zeydulla oğlu Fərzullayevi vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.Qafqazinfo