Ağır qəza olub: Ölənlər var
12 Avqust 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
634
24.09.2025, 15:10
“Qərbi Kaspi Universiteti məni əmək müqaviləsi olmadan, müqavilə imzalamaq vədi ilə işlədib. Fənn proqramı, sillabuslar, mühazirələr yazdırıb, mühazirələr oxudub və heç bir rəsmi səbəb göstərmədən işdən azad edib”.
Oxu24.com xəbər verir ki, bu iddia ilə müəllim Yusif Yusifzadə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, sentyabrın 15-də sözügedən özəl ali məktəbdə dünya ədəbiyyatı fənnindən müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb, 4 gün işləyib. Amma dərs keçdiyi fakültənin dekanı ona zəng edərək həmin dərsi daha əvvəl tədris edən müəllimin analıq məzuniyyətində geri qayıtdığını bildirib. Y.Yusifzadə isə bu səbəblərə inanmır və universitetin onu istismar etdiyini deyir. O iddia edir ki, işdən sosial şəbəkələrdə paylaşdığı yazılarla əlaqədar azad edilib.
İddialarla əlaqədar Qərbi Kaspi Universitetinə müraciət etdik. Universitetin Filologiya və Tərcümə Məktəbinin dekanı Adilə Əsədova sorğumuza cavab olaraq bildirdi ki, Y.Yusifzadənin sosial şəbəkədə fəaliyyətinə görə ali məktəbdən uzaqlaşdırılması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: “Qaydalara uyğun olaraq müəllimlər universitetdə işə götürülərkən əvvəlcə bir açıq dərs keçirlər. Yusif müəllim də Filologiya fakültəsində açıq dərs keçdi və dərsi müsbət qiymətləndirildi. Bundan sonra ona sınaq müddəti verildi. Biz müəllimə dərs saatı ayırmamışdıq. Sınaq müddəti olduğuna görə onunla müqavilə bağlanmamışdı. İllərdir həmin dərsi tədris edən və analıq məzuniyyətində olan müəllim geri qayıtdı. O kafedrada ştatlı müəllim olduğuna görə həmin dərs saatları o müəllimə verildi”.
Y.Yusifzadənin istismar edilməsi ilə bağlı iddialarına gəlicə isə dekan bildirib ki, müəllimə sillabusu ali məktəb özü verib: “O özü həmin sillabusun üzərində bəzi dəyişiklik etmək istədiyini dedi və biz də razılaşdıq. Yusif müəllim bizdə cəmi 2 dərsə girib. Biz müəllim haqqında müsbət fikirdə olmuşuq və ona da bu barədə bildirmişik. Hətta Yusif müəllimə bildirmişik ki, növbəti vakansiya olarsa, ona müraciət edəcəyik. Onun işdən çıxarılması ilə bağlı heç bir başqa fikir yoxdur”.
21:19 / 12 Avqust 2026
22
21:12 / 12 Avqust 2026
32
21:02 / 12 Avqust 2026
33
21:00 / 12 Avqust 2026
108
20:44 / 12 Avqust 2026
42
20:33 / 12 Avqust 2026
251
20:19 / 12 Avqust 2026
67
20:18 / 12 Avqust 2026
221
20:16 / 12 Avqust 2026
55
20:14 / 12 Avqust 2026
61
19:45 / 12 Avqust 2026
65
19:40 / 12 Avqust 2026
64
19:15 / 12 Avqust 2026
70
19:05 / 12 Avqust 2026
1084
19:00 / 12 Avqust 2026
75
18:55 / 12 Avqust 2026
68
18:29 / 12 Avqust 2026
147
18:27 / 12 Avqust 2026
71
18:12 / 12 Avqust 2026
80
17:59 / 12 Avqust 2026
78
17:45 / 12 Avqust 2026
77
17:41 / 12 Avqust 2026
687
17:30 / 12 Avqust 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.