Evdən meyitlər tapıldı -Əraziyə polislər cəlb edilib
16 Noyabr 2026, 21:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
670
24.09.2025, 10:53
Sumqayıtda məhkəməyə hörmətsizlik edən şəxs barəsində cinayət işi başlanıb.
Oxu24.com xəbər verir ki, Sumqayıt Kommersiya Məhkəməsində mübahisəyə baxıldığı zaman məhkəmə prosesi iştirakçılarından biri – cavabdeh tərəfin nümayəndəsi dəfələrlə əsassız vəsatətlər qaldıraraq işin gedişinə mane olub.
Məhkəmənin qərarı ilə həmin nümayəndəyə prosessual davranış qaydalarını pozduğuna görə inzibati cərimə tətbiq edilib.
Daha sonra o, məhkəməyə təqdim etdiyi ərizədə hakimi təhqir edən ifadələr işlədib, bu hərəkəti ilə məhkəməyə açıq hörmətsizlik nümayiş etdirib. Belə ki, qeyri-etik davranış məhkəmənin nüfuzunu alçaltmaqla yanaşı, prosessual tərəflərin hüquqlarının müdafiəsinə də mane olub.
Məhkəmə baş vermiş halları nəzərə alaraq xüsusi qərardad qəbul edib və materialları müvafiq istintaq orqanına göndərib. Aparılmış araşdırma nəticəsində nümayəndənin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (Hakimə hörmətsizlik etmə) ilə nəzərdə tutulan cinayət tərkibi müəyyən edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
21:35 / 16 Noyabr 2026
1
21:30 / 16 Noyabr 2026
101
21:24 / 16 Noyabr 2026
35
21:16 / 16 Noyabr 2026
48
21:01 / 16 Noyabr 2026
80
20:56 / 16 Noyabr 2026
77
20:54 / 16 Noyabr 2026
73
20:52 / 16 Noyabr 2026
137
20:46 / 16 Noyabr 2026
71
20:44 / 16 Noyabr 2026
379
20:34 / 16 Noyabr 2026
75
20:30 / 16 Noyabr 2026
69
20:19 / 16 Noyabr 2026
72
20:13 / 16 Noyabr 2026
135
20:07 / 16 Noyabr 2026
713
20:00 / 16 Noyabr 2026
138
19:55 / 16 Noyabr 2026
99
19:47 / 16 Noyabr 2026
97
19:40 / 16 Noyabr 2026
110
19:28 / 16 Noyabr 2026
106
19:18 / 16 Noyabr 2026
114
19:09 / 16 Noyabr 2026
124
19:05 / 16 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.