Qaynar xətt:

(+99450) 247 90 86

Adnanı DTX dindirir   —  Hansı sirlər açılacaq?

Adnanı DTX dindirir   —  Hansı sirlər açılacaq?

KRİMİNAL

1011

21.09.2025, 08:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini  Adnan Əhmədzadə Bakıda həbs edilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan ibtidai istintaqın ilkin mərhələsində A.Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Oxu24.com  xəbər verir  ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsində “xüsusilə ağır cinayətlər” kateqoriyasına daxildir. Təkcə “xüsusilə külli miqdarda mənimsəmə” ittihamı 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Vəzifə səlahiyyətlərindən sui-istifadə və iqtisadi təhlükəsizliyə qarşı təxribat isə bu cəzanı daha da sərtləşdirə bilər. Həmçinin istintaqın gedişində əlavə epizodların da ortaya çıxa biləcəyi istisna edilmir.

Məsələ dövlətin qanunla qorunan mənafelərinə toxunduğundan bu kimi hallara qarşı sərt mövqe nümayiş etdirilir. Əvvəl də qeyd olunduğu kimi bu həbslə yanaşı, hökumət Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir.

Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur. 

Görünür ki, Adnan Əhmədzadə hazırda DTX-nin təcridxanasında sorğu-sual edilir. İstintaq orqanı onun maliyyə əməliyyatları, əməkdaşlıq etdiyi şəxslər və hadisənin başvermə mexanizmi barədə verəcəyi məlumatları diqqətlə təhlil edəcək. 

Azərbaycanla yanaşı xaricdə də geniş biznesə sahiblənmiş Əhmədzadənin ifadələri və təqdim edəcəyi sübutlar cinayətin bütün detalları ilə üzə çıxarılmasına və işin hərtərəfli araşdırılmasına mühüm təsir göstərəcək.

Məsələnin ictimai əhəmiyyətini nəzərə alaraq istintaqın gedişatını diqqətdə saxlayırıq.

Xatırladaq ki, bu hadisənin kökündə iyul ayında Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkar olunmasının dayandığı ehtimal edilir. Zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql ötən həftə bərpa olunub.

Xəbəri rus dilində oxuyun: Аднан Ахмедзаде на допросе в СГБ - что будет рассекречено?

Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib.

Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.

Bakıda məktəbdə HADİSƏ: Mədinənin cibindən nə çıxıb?

18:41 / 12 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda məktəbdə HADİSƏ: Mədinənin cibindən nə çıxıb?

3192

0
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama 

18:35 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ətin qiyməti ilə bağlı rəsmi açıqlama 

170

1
Evini kirayəyə verənlər üçün QAYDALAR AÇIQLANDI  

18:15 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Evini kirayəyə verənlər üçün QAYDALAR AÇIQLANDI  

171

0
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

18:12 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

218

0
Allaha inanmaq gözəl bir düşüncədir, amma nə zaman və harada? -Aqşin Yenisey Yazır

17:54 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Allaha inanmaq gözəl bir düşüncədir, amma nə zaman və harada? -Aqşin Yenisey Yazır

139

0
Prezidentin sərəncamında yer alan tələbələr KİMLƏRDİR? -FOTOLAR

17:49 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin sərəncamında yer alan tələbələr KİMLƏRDİR? -FOTOLAR

1091

1
Vilayət Eyvazov onunla görüşdü -FOTOLAR

17:47 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Vilayət Eyvazov onunla görüşdü -FOTOLAR

307

0
“Məktəblərdə vahid geyim formasının tətbiqi mütərəqqi qərardır və dini etiqad azadlığı ilə ziddiyyət təşkil etmir” 

17:45 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Məktəblərdə vahid geyim formasının tətbiqi mütərəqqi qərardır və dini etiqad azadlığı ilə ziddiyyət təşkil etmir” 

153

0
Prezident Qanunu İMZALADI

17:39 / 12 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident Qanunu İMZALADI

1384

0
Dünyəvilik dövlət institutlarının fəaliyyətində ümumi hüquqi prinsiplərin və bərabərliyin təmin olunmasıdır - RƏY

17:33 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Dünyəvilik dövlət institutlarının fəaliyyətində ümumi hüquqi prinsiplərin və bərabərliyin təmin olunmasıdır - RƏY

95

0
“Məktəbdə hər kəs öz statusuna uyğun davranmalıdır” –Ekspertən MÜHÜM AÇIQLAMA  

17:33 / 12 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Məktəbdə hər kəs öz statusuna uyğun davranmalıdır” –Ekspertən MÜHÜM AÇIQLAMA  

90

0
Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub 

17:26 / 12 Oktyabr 2026

DÜNYA DÜNYA

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub 

85

0