Qaynar xətt:

(+99450) 247 90 86

Qəbələdə DƏHŞƏTLİ QƏZA - Ölən və xəsarət alan var

news/2025_05_30/1748550184_1642868627_qezaffff_1748576030.jpeg

KRİMİNAL

514

11.09.2025, 09:43

Qəbələ rayonunun Zarağan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib, vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar.

Oxu24.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, sürücü və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1989-cu il təvəllüdlü Elşən Əli oğlu Səmədovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Həmçinin, xilasedicilər şəxsiyyəti məlum olmayan sərnişinin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.