Bakıda hadisə:Ölən var -FOTO
17 Noyabr 2026, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
4008
14.08.2025, 12:11
Səkkiz il əvvəl “Qoca” ləqəbli Etibar Məmmədovla birlikdə etap zamanı xüsusi təyinatlı vaqondan qaçan məhkum Əli Ağami Qobustandakı qapalı tipli həbsxanaya köçürülüb.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yerli məhkəmə Penitensiar Xidmətin müvafiq təqdimatı əsasında bu qərarı qəbul edib.
Əli Ağami saxlanıldığı ciddi rejimli cəzaçəkmə müəssisəsində rejim qaydalarını pozub. Məhz bu səbəbdən onun həbsxanaya köçürülməsi qərara alınıb.
Qeyd edək ki, Əli Ağami və “Qoca”nın qaçmasına kömək etdiyi üçün müğənni Fədayə Laçın da məhkum edilmişdi. Əməliyyat zamanı baş verən atışmada “Qoca” öldürülüb. Hadisə ilə bağlı Penitensiar Xidmətin o vaxtkı tabor komandiri və bir neçə əməkdaşı da həbs olunmuşdu.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Ağami əvvəlki qətl cinayətinə görə təyin olunmuş cəzası birləşdirilməklə 20 il, Fədayə Laçın 5 il, tabor komandiri və digər şəxslər isə 9 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Əli Ağami istisna olmaqla digər məhkumlar artıq azadlıqdadırlar.
11:28 / 17 Noyabr 2026
1
11:00 / 17 Noyabr 2026
64
10:54 / 17 Noyabr 2026
67
10:50 / 17 Noyabr 2026
81
10:45 / 17 Noyabr 2026
72
10:32 / 17 Noyabr 2026
75
10:30 / 17 Noyabr 2026
89
10:22 / 17 Noyabr 2026
74
10:17 / 17 Noyabr 2026
78
10:13 / 17 Noyabr 2026
77
10:00 / 17 Noyabr 2026
84
09:58 / 17 Noyabr 2026
276
09:54 / 17 Noyabr 2026
733
09:45 / 17 Noyabr 2026
80
09:43 / 17 Noyabr 2026
96
09:36 / 17 Noyabr 2026
88
09:33 / 17 Noyabr 2026
392
09:31 / 17 Noyabr 2026
126
09:28 / 17 Noyabr 2026
126
09:25 / 17 Noyabr 2026
99
09:11 / 17 Noyabr 2026
105
09:04 / 17 Noyabr 2026
107
08:26 / 17 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.