Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
138
az

Azərbaycanda toya gedən 6 nəfər dəhşətli qəzada öldü

13:2101 Aprel, 2018
1799
KRİMİNAL
  • A
Dünən Lənkəranda 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Oxu24.COM  lent.az-a istinadən xəbər verir ki, rayonun Gərmətük kəndi ərazisində 99-BJ-224 dövlət nömrə nişanlı "Ford Cargo" markalı yük avtomobilinə çırpılan 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi Pajero İO" markalı minik maşınında olanlar toya gedirmiş. Belə ki, Bakıda yaşayan Ləj kənd sakinləri yaxın qohumlarının toyunda iştirak etmək üçün paytaxtdan doğma rayonlarına yola düşüblər.

İlkin araşdırmalar zamanı dəhşətli qəzaya yük maşınının səbəb olduğu məlum olub və sürücü, 1987-ci il təvəllüdlü Natiq Cəfərov hadisənin necə olduğunu danışıb. O deyib ki, paytaxt istiqamətində hərəkətdə olarkən qarşısındakı minik avtomobili qəfil əyləcə basıb. İdarə etdiyi iri yük maşınını qarşısındakı avtomobilə çırpmaq istəməyən 31 yaşlı sürücü yolun əks hərəkət istiqamətinə çıxıb və öz yolu ilə hərəkətdə olan "Mitsubishi Pajero İO” ilə toqquşub.

Minik avtomobili ilə toya gedən 7 nəfərlik ailədən Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanova hadisə yerində ölüb. Maşından yalnız 7 yaşlı Aslanov Ülvi Faiq oğlu sağ çıxıb və o, xəstəxanaya yerləşdirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi
Məhkum yoldaşının boğazını kəsib - Kitabçasına baxdığına görə...
Azərbaycanda nəvəsinə cinsi təcavüz edən baba həbs edildi

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib