Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109140
az

Magistraturaya qəbulun yekun nəticələri açıqlandı

16:3417 May, 2024
93
CƏMİYYƏT
  • A

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına aprelin 28-də keçirilən qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.

Mərkəzdən verilən məlumata görə, bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər. İmtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

İmtahanda 1 nəfər 93,5 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc edilib).

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 21 may 2024-cü il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 18 may saat 10:00-dan 20 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nazir ona yenivəzifə verdi
Sertifikasiya imtahanında maksimum nəticə göstərən 13 riyaziyyat müəllimi -ADLAR/FOTOLAR
Kapital Bank-ın dəstəyi ilə “Bakı Yayı-2024” turniri keçirilib

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Kişi küçədə rus qadına təcavüz edib
Moskvada nə baş verib? (VİDEO)
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət! AYAQLARA DİQQƏT
Mənzildən 23 yaşlı gəncin meyiti tapıldı