Qaynar xətt:

(+99450) 247 90 86

Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama

Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama

KRİMİNAL

767

24.05.2019, 13:09

\"\"  Ağstafa rayonunda 15 yaşlı dörd yeniyetmənin bir gündə hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirildiyinə dair xəbər yayılıb.
Məlumata görə, mayın 23-də rayon sakinləri olan dörd hamilə qız Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daxil olub. İddiaya görə, onların heç birinin hələ 18 yaşı tamam olmayıb.
DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Oxu.Az-a məsələ ilə bağlı açıqlama verib. Bildirib ki, hadisənin mahiyyəti təhrif olunub: “Xəstəxanaya müraciət edən dörd hamilənin hər biri gənc xanımdır və daha çox yaşları var. Onların hər biri rəsmi nikah qurmuş şəxslərdir. Onlar hamiləlik dövrü keçirdikləri üçün rayon xəstəxanasına müraciət ediblər”.