Bakıda 10 min manatlıq qızıl oğurlayan qadın saxlanıldı
19 Avqust 2026, 15:56
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
651
30.05.2025, 21:49
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq olunan sənədlərdə Gəncəni raketlərlə hədəf almış Ermənistan silahlı qüvvələrinin hərbçilərinin bir qisminin adları da yer alıb.
Oxu24.com-un xəbərinə görə, sənədlərdə qeyd edilib ki, Gəncə şəhərini yenidən hədəf alaraq Ermənistan silahlı qüvvələrinin bu ölkənin Stepanavan rayonunda dislokasiya olunmuş 71-ci hərbi texnikaların saxlanması bazasının (51556 saylı hərbi hissə) komandiri polkovnik Artaşen Rafiki Hacatyan, komandir müavini polkovnik-leytenant Ara Artuşi Sarqsyan, “Elbrus” taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Vazgen Daviti Vardanyan, “İsgəndər” taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Tiqran Norayri Vardanyan və qeyrilərinin rəhbərliyi ilə həmin hərbi hissənin ehtiyatında olan, əvvəlki hücumlarda istifadə edilmiş silah növlərindən daha böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik trayektoriyalı “Elbrus” taktiki raket kompleksi Ermənistanın Geqarqunik vilayətinin Vardenis (tarixi Basarkeçər) rayonunun ərazisinə gətirilib.
2020-ci il oktyabrın 11-də saat 2 radələrində döyüşə hazır vəziyyətə gətirilmiş həmin raket kompleksindən fuqaslı təsirə malik olan, “8Ф44” tipli döyüş başlığı ilə təchiz edilmiş raket böyük insan tələfatı törətmək məqsədilə və Gəncə şəhərinin silahlı münaqişə zonası hesab edilməyən, hərbi əməliyyatların aparılmadığı, hərbi obyektlərin yerləşmədiyi, aşkar surətdə yalnız mülki obyektlərin mövcud olduğu istiqamətdə düşünülmüş şəkildə hədəfə yönəldilərək Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Rəfibəyli küçəsinin 4-cü dalanında yerləşən 3 saylı 2 mərtəbəli, 4, 5 və 7 saylı 1 mərtəbəli yaşayış binalarının üzərinə 1 ədəd atılıb. Həmin raketin dinc əhalinin sıx yaşadığı qeyd edilən ünvanlara düşüb partlaması nəticəsində 10 mülki şəxs qəsdən öldürülüb, 1 mülki şəxsə ağır, 18 mülki şəxsə yüngül, 32 mülki şəxsə dərəcəsi təyin edilməyən xəsarət yetirilib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 2-də davam etdiriləcək.
17:12 / 19 Avqust 2026
34
16:49 / 19 Avqust 2026
43
16:38 / 19 Avqust 2026
45
16:19 / 19 Avqust 2026
55
15:59 / 19 Avqust 2026
67
15:56 / 19 Avqust 2026
55
15:54 / 19 Avqust 2026
79
15:45 / 19 Avqust 2026
69
15:36 / 19 Avqust 2026
86
15:30 / 19 Avqust 2026
74
15:11 / 19 Avqust 2026
81
15:10 / 19 Avqust 2026
72
14:50 / 19 Avqust 2026
72
14:49 / 19 Avqust 2026
80
14:44 / 19 Avqust 2026
91
14:30 / 19 Avqust 2026
84
14:24 / 19 Avqust 2026
71
14:18 / 19 Avqust 2026
217
14:15 / 19 Avqust 2026
80
14:05 / 19 Avqust 2026
62
13:59 / 19 Avqust 2026
78
13:45 / 19 Avqust 2026
70
13:37 / 19 Avqust 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.