Bakıda 10 min manatlıq qızıl oğurlayan qadın saxlanıldı
19 Avqust 2026, 15:56
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
942
30.05.2025, 14:11
Alimenti ödəmədiyinə görə keçmiş həyat yoldaşından şikayət edən Həmidov Rasim barədə məlumat vermişdik.
Oxu24.com xəbər verir ki, 2022-ci ilin oktyabrında Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək həyat yoldaşı Həmidova Sevinc Baxşeyiş qızı ilə boşanmaq istədiyini və 3 övladı üçün qarşı tərəfindən aliment tələb etdiyini iddia ərizəsində qeyd edib. Ər arvadını boşaya bilsə də, məhkəmənin kəsdiyi alimenti illərdir ondan ala bilmir.
Məhkəmə qətnaməsini yerinə yetirməkdən imtina edən Sevinc Həmidova çıxış yolu kimi keçmiş həyat yoldaşı Rasim Həmidovu məhkəməyə verməkdə görüb.
O,Laçın Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 79 min manatlıq cehiz gətirdiyi və onları geri istədiyini iddia edib.
Dünən hakim Cavad İbrahimovun sədrliyi ilə Laçın Rayon Məhkəməsində S.Həmidovanın mənə qarşı qaldırdığı 79 min manatlıq mülk iddiasına baxılıb.
Məhkəmə S.Həmidovanın iddiasını qismən təmin edib. Qərara əsasən Rasim Həmidov keçmiş həyat yoldaşına cehizlərin müqabilində 5100 manat məbləğində pul ödəməlidir. R.Həmidov məhkəmənin bu qərarını ədalətsiz hesab etdiyini bildirib.
"Hüquqi normalara əsaslanan,qanun çərçivəsində verdiyim vəsatətlər heç bir əsas göstərilmədən qərəzli şəkildə hakim Cavad İbrahimov tərəfindən təmin edilmədi. Proses boyunca S.Həmidova və qardaşı hakimin gözləri qarşısında məni dəfələrlə söyüb,təhqir etdilər.Hakim Cavad İbrahimov hansı səbəbdənsə,onların bu hərəkətlərinə heç bir reaksiya vermədi.Qarşı tərəfin iddiası isə qismət təmin edildi.Məhkəmə S.Həmidovanın guya 5100 manatlıq yorğan-döşək və qızıl əşyaları cehiz gətirdiyinə dair qanunsuz qərar qəbul etdi.Sözsüzki,yuxarı instansiya məhkəmələrinə qərardan şikayət verəcəm",-deyə R.Həmidov bildirib.
Qeyd edək ki, Rasim Həmidov keçmiş həyat yoldaşının 3 uşaq üçün ödənilməli olan hər ay,hər uşağa görə 150 manat sabit pul məbləğində aliment ödənilməsi barədə çıxarılan məhkəmə qətnaməsinin icra olunmaması barədə rəsmi qurumlara şikayət edib. Bu məsələ ilə bağlı Ədliyyə nazirinin müavini,III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov vətəndaşı may ayında qəbul edib.
R.Həmidov görüş zamanı nazir müavini M.Əhmədova Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəhruz Cəfərovun qanunsuz əməllərindən,məhkəmənin qətnaməsinin qəsdən icra olunmamasından və Ədliyyə Nazirliyinin İstintaq Şöbəsinin müstəntiqi Seymur Xəlilovun işə birtərəfli və qərəzli yanaşmasından şikayətçi olduğunu bildirib.
Qeyd edək ki,Sevinc Həmidova məhkəmə qətnaməsini icra etmədiyinə görə,Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi açılıb və materiallarının tədbir görülməsi üçün müvafiq məhkəməyə göndəriləcək.
Qeyd edək ki,vəkil Şəms Mirzəyeva bundan öncə alimenti ödəməyənlərin hansı məsuliyyəti daşıdığı barədə açıqlama vermişdi.
Miri Məcidli
17:32 / 19 Avqust 2026
14
17:12 / 19 Avqust 2026
53
16:49 / 19 Avqust 2026
59
16:38 / 19 Avqust 2026
58
16:19 / 19 Avqust 2026
65
15:59 / 19 Avqust 2026
70
15:56 / 19 Avqust 2026
56
15:54 / 19 Avqust 2026
85
15:45 / 19 Avqust 2026
72
15:36 / 19 Avqust 2026
90
15:30 / 19 Avqust 2026
76
15:11 / 19 Avqust 2026
82
15:10 / 19 Avqust 2026
74
14:50 / 19 Avqust 2026
72
14:49 / 19 Avqust 2026
80
14:44 / 19 Avqust 2026
92
14:30 / 19 Avqust 2026
86
14:24 / 19 Avqust 2026
71
14:18 / 19 Avqust 2026
224
14:15 / 19 Avqust 2026
80
14:05 / 19 Avqust 2026
63
13:59 / 19 Avqust 2026
78
13:45 / 19 Avqust 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.