Bakıda 10 min manatlıq qızıl oğurlayan qadın saxlanıldı
19 Avqust 2026, 15:56
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
545
29.05.2025, 14:36
Astarada qadın sahibkar sevgilisinin evinə hücum edərək ailə üzvlərini döyüb.
Hadisə rayonun Maşxan kəndində baş verib.
Kənd sakini Tarifə Əliyeva həyat yoldaşı Rəfail Əliyevlə rayon ərazisindəki "Astara Mall" ticarət mərkəzində alış-veriş edərkən orada satıcı işləyən qızlar Rəfaili göstərərək, "Vəfanı saxlayan oğlan gəldi" deyib. Bunu eşidən Rəfailin həyat yoldaşı Tarifə qızlara "bu mənim ərimdir" deyib və Vəfanı söyüb. Həmin vaxt Vəfa mağazada olmayıb və iş yerinə gələrkən Tarifənin onu söydüyünü eşidib.
Axşam saatlarında Vəfa içkili vəziyyətdə özünə məxsus avtomobillə Rəfail Əliyevin evinə gedib. Yolda o, Rəfailə zəng vuraraq, söhbət etmək istədiyini bildirib, Rəfail isə evdə olmadığını deyib. Qadın Rəfailin həyətinə gedərək onun evinə hücum edib, həyat yoldaşını təhqir etməyə başlayıb. Tarifə və qızı onu evindən çıxarmağa cəhd etsələr də, mümkün olmayıb. Vəfa Tarifə və qızına xəsarət yetirib. Rəfailin tanışları və qonşular hadisə yerinə gələrək Vəfanı evdən çıxara biliblər.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Vəfaya qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilib./oxu.az
17:59 / 19 Avqust 2026
17
17:50 / 19 Avqust 2026
36
17:32 / 19 Avqust 2026
45
17:12 / 19 Avqust 2026
61
16:49 / 19 Avqust 2026
64
16:38 / 19 Avqust 2026
62
16:19 / 19 Avqust 2026
69
15:59 / 19 Avqust 2026
72
15:56 / 19 Avqust 2026
57
15:54 / 19 Avqust 2026
89
15:45 / 19 Avqust 2026
74
15:36 / 19 Avqust 2026
92
15:30 / 19 Avqust 2026
76
15:11 / 19 Avqust 2026
84
15:10 / 19 Avqust 2026
74
14:50 / 19 Avqust 2026
73
14:49 / 19 Avqust 2026
80
14:44 / 19 Avqust 2026
92
14:30 / 19 Avqust 2026
87
14:24 / 19 Avqust 2026
71
14:18 / 19 Avqust 2026
229
14:15 / 19 Avqust 2026
80
14:05 / 19 Avqust 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.