18–24 yaşlı gənclər arasında cinayətlərin statistik mənzərəsi—RƏQƏMLƏR NƏ DEYİR?
13 Dekabr 2025, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
459
29.05.2025, 12:23
Xəbər verdiyimiz kimi, Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev Türkiyədə bıçaqlanıb.
Oxu24.com xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən idman yarışında iki nəfərin hücumuna məruz qalan Araz Musayev bıçaq xəsarəti alıb.
Hücum anının görüntülərindən məlum olur ki, Araz Musayev əvvəlcə yumruq zərbəsi alaraq yerə yıxılır, ardınca isə ikinci şəxs ona bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçır.
Hadisənin baş vermə səbəbi və iddialar...
Araz Musayev bıçaqlanandan sonra hadisənin baş verməsi ilə bağlı versiyalar səsləndirilməyə başlandı.
Əvvəlcə onu qeyd edək ki, son bir neçə aydır Araz Musayevlə Kikboksinq Federasiyası arasında qalmaqal yaşanırdı. Araz Musayev bildirirdi ki, rəhbəri olduğu federasiyanı onun əlindən almaq istəyirlər.
Kikboksinq Federasiyası isə bəyan edirdi ki, Muay Tay və Tayboksinq Federasiyası 2016-cı ildən onların tərkibinə qatılıb. Həmin qərara əsasən də Azərbaycan Kikboksinq Federasiyasının razılığı olmadan ölkə ərazisində, beynəlxalq Muay Tay idman təşkilatlarının keçirdiyi yarışlarda iştirak edən və bu yarışlarda nailiyyət əldə edən idmançıların nəticələri qeydə alınmayacaq.
Araz Musayev bıçaqlanmadan bir gün əvvəl sosial şəbəkə hesabında da qalmaqallı paylaşım etmişdi.
Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədova səslənərək onun üvanınan ittihamlar irəli sürmüşdü.
Həmçinin oxuyun
Araz Musayev həmin çıxışında deyirdi:
“Kikboksinq və uşusandanın uşaqlarını bizim üzərimizə yollamayın. Bu, Muay Tay idman növüdür. Burda Muay Tay idmançıları döyüşməlidir. Elnur Məmmədov bir qurup şəxsi bura yollayıb bizim idmançıların qarşısını almaq istəyir, ancaq buna baxmayaraq idmançılarımız üç rəngli bayraq altında qürurla qələbələrini sıralayırlar. Bu yarışda kikboksinq idman növünün idmançıları da Muay Tayın tərkibində çıxış edir”.
Araz Musayevin bıçaqlanması ilə bu qalmaqallar gündəmə gəldi. Sosial şəbəkə istifadəçiləri bıçaqlanmanı bu hadisələrlə əlaqələndirdi. Lakin yerli mətbuatda hadisənin baş verməsinin səbəbi kimi başqa bir insident göstərildi.
Maraqlıdır ki, yerli mətbuatda bəzi saytlar yazdı ki, Araz Musayevlə türkiyəli idmançı arasında mübahisə yaranıb. Arenada yaranmış mübahisə çempionatın təşkilatçıları tərəfindən yatırılıb və turnir davam edib. Həmin xəbərlərdə göstərilirdi ki, nahar fasiləsində türkiyəli nümayəndə heyətinin rəhbəri ilə Araz Musayev mübahisə edib və onlar arenanın binasından kənara çıxıb küçədə yenidən dalaşmağa başlayıblar.
Lakin videogöntülər və Türkiyə mətbuatında dərc edilən məlumatlar fərqli oldu. Belə ki, hadisənin qeyd edildiyi kimi küçədə baş vermədiyi kamera görüntülərindən aydın olur. Digər bir məqam isə budur ki, görüntülərdə “dalaşmaq” müşahidə edilmir. Araz Musayev başqa şəxslərlə söhbət edərkən arxadan, yəni gözləmədiyi şəkildə ona hücum edilir.
Türkiyə mediasının yazdığına görə isə Araz Musayevi bıçaqlayan şəxslər azərbaycanlı olub və onlar qaçmaq istəyərkən hava limanında saxlanılıb. Türkiyə mətbuatında isə hələki hüquq-mühafizə orqanların hadisənin baş verməsinin səbib ilə bağlı ilkin versiya dərc edilməyib.
Araz Musayev kimdir?
Araz Musayev dəfələrlə Kikboksinq-Muay-Tay, Tayboksinq, Uşusanda üzrə Azərbaycan çempionu olub. O, 2007-ci ildən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. 2021-cil ilin iyununda Xırdalanda jurnalistlərin xidməti vəzifələrini yerinə yetirməsinə mane olduğu və onları hədələdiyi üçün FHN-dən kənarlaşdırılmışdı.
Muay Tay idman növü hansıdır?
Bu döyüş növü Taylandda yaranıb. Bu döyüş növünün boksa bənzərliyi var. Muay Tay karate və uşu (Kunq Fu) sənətlərindən də fərqlənir. Burada kata və taolu kimi kompleks hərəkətlər yoxdur. Muay tay döyüşdə əl, ayaq və döyüşdə əsas olan dizlə və ya dirsəklə vurulan zərbələrdən ibarət olan sərt qədim döyüş sənətidir. Bu idman növünün 2024-cü ildən Olimpiya Oyunlarına daxil edilməsi ilə bağlı qərar var.(Musavat.com)
01:21 / 14 Dekabr 2025
102
00:52 / 14 Dekabr 2025
189
00:43 / 14 Dekabr 2025
65
00:04 / 14 Dekabr 2025
86
23:47 / 13 Dekabr 2025
654
23:44 / 13 Dekabr 2025
37
23:30 / 13 Dekabr 2025
49
22:45 / 13 Dekabr 2025
297
22:30 / 13 Dekabr 2025
93
22:28 / 13 Dekabr 2025
106
22:22 / 13 Dekabr 2025
116
22:11 / 13 Dekabr 2025
234
21:58 / 13 Dekabr 2025
389
21:34 / 13 Dekabr 2025
1028
21:21 / 13 Dekabr 2025
81
21:19 / 13 Dekabr 2025
108
21:15 / 13 Dekabr 2025
77
21:02 / 13 Dekabr 2025
72
20:49 / 13 Dekabr 2025
374
20:44 / 13 Dekabr 2025
93
20:36 / 13 Dekabr 2025
83
20:26 / 13 Dekabr 2025
78
20:01 / 13 Dekabr 2025
285
19:53 / 13 Dekabr 2025
97
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.