Gəncədə 25 yaşlı kişi meyiti tapıldı
19 Avqust 2026, 20:04
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3004
21.05.2025, 10:34
“Hadisə baş verən günü Elgünlə mesajlaşmışıq. İnformatika hazırlığında idi. Orada olanda da yazışmışıq. Hazırlıqdan çıxandan sonra da danışdıq. Dedi, ana, çıxdım, gedirəm rəqsə. Dedim evə get, yemək ye. Ac olmadığını, piyada getdiyini söylədi”.
Oxu24.com xəbər verir ki, bu sözləri mayın 12-si axşam saatlarında Gəncədə yaralı halda tapılan və xəstəxanada vəfat edən 18 yaşlı Elgün İbrahimovun anası RTV-yə açıqlamasında deyib.
O bildirib ki, Elgün rəqsdən sonra trenajora getməli imiş: “Saat 6-7-yə qalmışa qədər gözlədim, zəng vurdum, zəng çatmadı. Narahat oldum. İnformatika müəlliminə zəng vurdum ki, hazırlıqda birlikdə çıxdığı uşaqların nömrəsini götürüm. Qardaşıma, digər oğluma da zəng vurdum ki, gedin ətraf ərazilərə baxın, bəlkə, Elgünü hardasa görərsiniz. Gecə saat 1-də də oğlumla Elgünü axtarmışıq.
Elgünün davranışlarında da heç bir dəyişiklik yox idi. Biz söhbət edirdik, “Son zəng”ə hazırlaşırdıq. Demişdi ki, mənə 2 dəst paltar alarsan “Son zəng” üçün. Danışırdıq ki, ona qonaqlıq verəcəyəm. Dostlarından da kimi istəsən, çağırarsan. Hərəkətlərində qeyri-adi heç nə yox idi. Nə fikirli, nə aqressiv, nə də problemli idi. Hər şey normal idi. Mən anayam, onun səsində hansısa həyəcan hiss edə bilərdim, amma o da yox idi. Yad adamın belə problemini, dərdini hiss eləmək olur. Onsuz da mən narahat ana idim. Hər gün, bəlkə də, 10 dəfə, 20 dəfə zəng vururdum Elgünə. Bir şey olsa, mən onu hiss edərdim. Dünya susmasın, mənim balamın qanı yerdə qalmasın...”
Daha ətraflı videomaterialda:
20:04 / 19 Avqust 2026
1
19:50 / 19 Avqust 2026
52
19:27 / 19 Avqust 2026
68
17:59 / 19 Avqust 2026
80
17:50 / 19 Avqust 2026
77
17:32 / 19 Avqust 2026
92
17:12 / 19 Avqust 2026
95
16:49 / 19 Avqust 2026
90
16:38 / 19 Avqust 2026
74
16:19 / 19 Avqust 2026
95
15:59 / 19 Avqust 2026
85
15:56 / 19 Avqust 2026
67
15:54 / 19 Avqust 2026
113
15:45 / 19 Avqust 2026
86
15:36 / 19 Avqust 2026
108
15:30 / 19 Avqust 2026
86
15:11 / 19 Avqust 2026
100
15:10 / 19 Avqust 2026
83
14:50 / 19 Avqust 2026
84
14:49 / 19 Avqust 2026
93
14:44 / 19 Avqust 2026
117
14:30 / 19 Avqust 2026
111
14:24 / 19 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.