Gəncədə 25 yaşlı kişi meyiti tapıldı
19 Avqust 2026, 20:04
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2510
20.05.2025, 18:07
Yaralı vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılan və bir gün sonra xəstəxanada vəfat edən 11-ci sinif şagirdi Elgün İbrahimovun ölümü cəmiyyətdə böyük rezonansa səbəb oldu. Hadisə ilə bağlı müzakirələr hələ də davam edir. Valideynləri onun qətlə yetirildiyindən şübhələnirlər. Araşdırılan digər bir versiya isə Elgünün intihar etməsi ilə bağlıdır. Lakin hələlik istintaq yekun nəticəyə gələmyib.
Bəs, indiyə qədər bəlli olan fakt və əlamətlərə əsasən, nə demək mümkündür? Sadalanan versiyalardan hansı həqiqətə yaxındır?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a danışan Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasov bildirib ki, dəqiq nəticəyə gəlmək üçün istintaq materiallarının araşdırılması vacibdir:
“Amma mən ilkin olaraq onu deyə bilərəm ki, əgər meyit o vəziyyətdə 5 mərtəbəli binanın həyətində aşkarlanıbsa, intihar versiyası da, binadan ehtiyatsızlıqdan yıxılma versiyası da mümkündür.”
M.Abbasovun sözlərinə görə, hadisə yerindəki görüntülər və meyitin aşkarlanma forması hündürlükdən yıxılma ehtimalına əsas verir:
“Təbii ki, yüzlərlə fərziyyə var. Lakin ümumi götürəndə, hadisə yerindəki görüntüyə baxanda mənim fərziyyəm budur ki, bu, hündürlükdən yıxılmanın xarakterik xəsarətidir. Düzdür, bunu daha çox ekspertlər müəyyənləşdirir. Amma başın o hissədə dağılması adətən, hündürlükdən yıxılma zamanı alınan xəsarətə bənzəyir. Təbii ki, bunu məhkəmə-tibbi ekspertlər daha dəqiq bilir. Hesab edirəm ki, bu versiya üzərində daha çox dayanmaq lazımdır. Yəni binadan düşmə".
İntihar ehtimalını istisna etməyən M.Abbasov Elgünün sosial şəbəkədə yazdığı statusdan da bəhs edib:
“İndi intihardır, ehtiyatsızlıqdan olub, yaxud onu kimsə oradan atıb, bunlar araşdırılmalıdır. Bu şeylər mümkündür. İnstagramda gördüm ki, onun “Mən artıq istifadə olunmaqdan yoruldum” deyə yazdığı bir statusu var idi. Adətən, bu cür status yazan insanlarda müəyyən qədər intihar ehtimalı olur. Amma yenə deyirəm ki, burada dəqiq qərarı istintaq orqanlarının mövqeyini gözləməklə vermək olar. Yəni bizim dediklərimiz fərziyyələrdir.”
20:59 / 19 Avqust 2026
14
20:04 / 19 Avqust 2026
41
19:50 / 19 Avqust 2026
59
19:27 / 19 Avqust 2026
74
17:59 / 19 Avqust 2026
84
17:50 / 19 Avqust 2026
81
17:32 / 19 Avqust 2026
97
17:12 / 19 Avqust 2026
98
16:49 / 19 Avqust 2026
91
16:38 / 19 Avqust 2026
75
16:19 / 19 Avqust 2026
97
15:59 / 19 Avqust 2026
89
15:56 / 19 Avqust 2026
70
15:54 / 19 Avqust 2026
114
15:45 / 19 Avqust 2026
86
15:36 / 19 Avqust 2026
109
15:30 / 19 Avqust 2026
87
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
85
14:50 / 19 Avqust 2026
88
14:49 / 19 Avqust 2026
96
14:44 / 19 Avqust 2026
119
14:30 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.