Ələt-Astara avtomobil yolunun Neftçala rayonundan keçən hissəsində baş verən ağır yol qəzası zamanı yaralananların şəxsiyyəti məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, bunlar Yardımlı rayon sakinləri- 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı və 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğludur.
Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.
Hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində - Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
{banner_reklam}
“Ford” markalı mikroavtobus qarşıda gedən "Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı 18+ videonu təqdim edirik:
Həmçinin oxu: Azərbaycanlı müstəntiq qızın meyiti tapıldı- Dəhşətli təfərrüatPolis bu şəxslə bağlı əhaliyə müraciət etdi -DİQQƏT!+VİDEO Oxu24.com
ŞƏRHLƏR