Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşətli qəza: Xeyli sayda ölən var

2019-05/1558587049_08-47-41-1558583192_1.jpg

KRİMİNAL

4730

23.05.2019, 08:51

 Ələt-Astara magistralında ağır yol qəzası baş verib.
Oxu 24.com Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində, Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Ford” markalı miroavtobus qarşıda gedən"Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb.
Qəzada 4 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir.
Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna gətirilib.
Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda ölənlərin və yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.