Ötən gün futzal üzrə Azərbaycan yüksək liqasının final qarşılaşmaları keçirilib.
Bakı İdman Sarayında keçirilən ilk oyun bürünc medallar uğrunda baş tutub.
Oxu24.com -un məlumatına görə, Minval.info xəbər verir ki, “Ekol” “Neftçi”ni 4:2 hesabı ilə məğlub edib.
Final qarşılaşması olduqca dramatik keçib. “Araz Naxçıvan” ” Xəzər Cənub” oyunu öz gərginliyi ilə yadda qalıb. İlk hissə 0:0 bitən görüşün 2-ci hissəsi baş-başlamaz “Cənub”lular qırmızı vərəqə alıblar. “Araz” sat üstünlüyündən yararlanaraq hesabı açıb. Bir dəqiqə sonra “Xəzər Cənub” hesabı 1:1 edib. Görüşün əsas hissəsi bu hesabla bitib. Əlavə hissələrdə “Araz” fəallığı ələ alaraq 3 qol vuraraq 4:1 hesabı qalib gələrək son illərin dəyişməz çempionu olduqlarını bir daha sübut etdilər.
Oyundan sonra meydanda ara qarışıb “Xəzər”in fanatları hakimə qarşı təzyiq göstəriblər, daha sonra polislər aranı sakitləşdiriblər.
Onu da qeyd edək ki, “Xəzər Cənub” mükafatlandırma mərasiminə qatılmayıblar.
Oxu24.com
ŞƏRHLƏR